Modern.az

Zurabişvili ölkəsinin Aİ-yə üzvlük prosesindən danışdı

Zurabişvili ölkəsinin Aİ-yə üzvlük prosesindən danışdı

Dünya

1 İyun 2023, 12:16

Gürcüstan prezidenti Salome Zurabişvili ölkəsinin Avropa İttifaqında üzvlük prosesindən danışıb.

 

Modern.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, prezident bu barədə jurnalistlərə bildirib.

 

Onun sözlərinə görə, Brüsseldəki danışıqlar Aİ-yə namizəd statusunun alınması məsələsində ehtiyatlı optimizmə əsas verir.

 

Gürcüstan prezidenti qeyd edib ki, Avropa Komissiyası, Avropa İttifaqı Şurası prezidentləri və Avropa Parlamentinin rəhbərinin yaxın vaxtlarda Tbilisiyə gələcəyi barədə ilkin razılıq var.

 

“Əgər bu 3 nəfər yaxın aylarda paytaxtımıza gəlsələr, deməli, onlar Gürcüstan haqda məyus deyillər”, - Zurabişvili əlavə edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi