Modern.az

ŞOK İDDİA: “Apple” casusluqla məşğuldur

ŞOK İDDİA: “Apple” casusluqla məşğuldur

Dünya

1 İyun 2023, 12:42

Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) ABŞ kəşfiyyat orqanlarının “Apple” qurğuları ilə həyata keçirilən məxfi əməliyyatını üzə çıxarıb.


Modern.az xəbər verir ki, bu barədə FTX-nin saytında məlumat yerləşdirilib.


"Rusiyanın telekommunikasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi zamanı yalnız "Apple" mobil telefonlarının istifadəçiləri üçün xarakterik olan anomaliyalar aşkar edilib", - hesabatda deyilir.


Qeyd edilib ki, anomaliyalar əvvəllər məlum olmayan zərərli proqram təminatının (VPO) işləməsi ilə bağlı olub.

 

Xidmətin məlumatına görə, bir neçə min "Apple" telefonunda şübhəli viruslar aşkarlanıb. Rusiya vətəndaşları ilə yanaşı, Rusiyadakı diplomatik nümayəndəlik və səfirliklərdə, o cümlədən NATO üzvü olan ölkələr, postsovet məkanında, habelə, İsrail və Suriyada qeydiyyatdan keçmiş sim kartlardan istifadə edən abunəçilər də oxşar problemlə üzləşib. Ehtimal olunur ki, virus "Apple" telefonlarına qəsdən yerləşdirilir. Məqsəd həmin telefon vasitəsilə şəxsi informasiyaları əldə etməkdir. 


FTX-dən bildirilib ki, toplanan məlumatlar" Apple" şirkətinin xüsusi xidmət orqanlarının xeyrinə casusluq fəaliyyəti ilə məşğul olduğunu təsdiqləyir. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!