Modern.az

Ərdoğana prezident mandatını Bahçeli verəcək

Ərdoğana prezident mandatını Bahçeli verəcək

1 İyun 2023, 13:42

Türkiyədə yenidən prezident seçilən Rəcəb Tayyib Ərdoğan şənbə günü and içəcək.

 

Modern.az xəbər verir ki, bu barədə "Habertürk" mənbələrinə istinadən məlumat yayıb.

 

Bildirilib ki, andiçmə mərasimində "Cümhur İttifaqı"na daxil olan Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Devlet Bahçeli də iştirak edəcək. Məlumata görə, Ərdoğan mərasimdə prezident mandatını Bahçelinin təqdimatı ilə alacaq.

 

Xatırladaq ki, adətən andiçmə mərasimlərində mandatı seçkilərin təşkilindən məsul olan qurumun rəhbəri təqdim edir.

 

Qeyd edək ki, Ali Seçki Komissiyasının seçkilərin nəticəsi ilə bağlı bu gün açıqlanan yekun rəsmi məlumatına əsasən, Ərdoğan 52.18, Kılıçdaroğlu isə 47.82 faiz səs alıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?