Modern.az

NATO-ya üzvlüklə bağlı qərar verilməlidir - Zelenski

NATO-ya üzvlüklə bağlı qərar verilməlidir - Zelenski

Dünya

1 İyun 2023, 14:56

Ukrayna prezidenti Volodimir Zelenski ölkəsinin NATO-ya üzvlük prosesindən danışıb.

 

Modern.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi yazıb.

 

O bildirib ki, Kiyev alyans liderlərinin iyulda Vilnüsdəki görüşü zamanı NATO-dakı gələcəyi ilə bağlı “aydın” qərar almaq istəyir.

 

Moldovada 40-dan çox avropalı liderin iştirakı ilə keçirilən sammitdə o, Ukraynanın keçən il Rusiyanın genişmiqyaslı işğalına başlamasından sonra Kiyevin qoşulmaq üçün müraciət etdiyi Avropa İttifaqından irəliləyiş istədiyini də bildirib.

 

"Bu il qərar veriləcək ildir. Yayda NATO-nun Vilnüs sammitində Ukraynaya üzvlük üçün açıq-aydın dəvət və təhlükəsizlik təminatları lazımdır", - Zelenski deyib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi