Modern.az

Japarov təbrik üçün Ərdoğana zəng etdi

Japarov təbrik üçün Ərdoğana zəng etdi

1 İyun 2023, 14:44

Qırğızıstan Prezidenti Sadır Japarov türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana zəng edib.

 

Modern.az xəbər verir ki, bu barədə Japarovun mətbuat xidmətindən bildirilib.

 

O, Ərdoğanı prezident seçkilərində qalib gəlməsi münasibətilə təbrik edib. Japarov qardaş türk xalqına firavanlıq və inkişaf arzulayıb.

 

Öz növbəsində Türkiyə Prezidenti səmimi arzulara görə təşəkkür edərək, Sadır Cəfərovu andiçmə mərasiminə dəvət edib.

 

Liderlər həmçinin Qırğızıstan-Türkiyə ikitərəfli əməkdaşlığının cari sahələrini və birgə əməkdaşlığın perspektivlərini müzakirə ediblər.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi