Modern.az

Fransada silahlı insident - Ölən və yaralılar var

Fransada silahlı insident - Ölən və yaralılar var

Dünya

1 İyun 2023, 16:00

Fransanın Nantua şəhərində yerləşən kafedə təxminən 30 yaşlı kişi insanlara atəş açıb.


Modern.az xəbər verir ki, bu barədə "Franceinfo" nəşri yazıb.

 

Bildirilir ki, atışma nəticəsində bir nəfər ölüb, daha bir nəfər isə yaralanıb. Nəşrin məlumatına görə, atəş açan şəxs hadisə yerindən qaçaraq yaxınlıqdakı küçədə yerləşən evlərdən birində barrikada qurub.

 

Hadisə səhər saatlarında baş verib. Atışma zamanı 19 yaşlı şəxs həlak olub, digər 31 yaşlı kişi mədəsindən yaralanıb və xəstəxanaya yerləşdirilib. Daha iki zərərçəkənə yerindəcə tibbi yardım göstərilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi