Modern.az

Rusiya 2014-cü ildə Ukraynanı ələ keçirməli idi - Lukaşenko

Rusiya 2014-cü ildə Ukraynanı ələ keçirməli idi - Lukaşenko

1 İyun 2023, 16:20

"Rusiya 2014-cü ildə Ukrayna Silahlı Qüvvələrinin döyüşə hazır olmadığı bir vaxtda Ukraynanı tam ələ keçirməyəndə səhvə yol verdi".


Modern.az xəbər verir ki, bu fikirləri Belarus Prezidenti Aleksandr Lukaşenko səsləndirib.

 

Onun fikrincə, Rusiya Federasiyası Ukraynanı tamamilə ələ keçirməli idi.

 

"2014-2015-ci illərdə Ukraynanın nə ordusu, nə də hazırlığı var idi. Bəlkə də yeganə səhvimiz o idi ki, belə məqamda məsələni həll etməmişik. Hamı bunu hansısa sülh yolu ilə həll etmək istəyirdi. Ukrayna bu müddət ərzində döyüşə hazır silahlı qüvvələr yaratdı", – Lukaşenko qeyd edib.

 

Belarus Prezidenti vurğulayıb ki, Ukrayna məsələsini illər öncə Krımla birlikdə həll etmək lazım idi.

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi