Modern.az

Qorxumdan 1 ildən çoxdur ki, Putinlə danışmıram - Vuçiç

Qorxumdan 1 ildən çoxdur ki, Putinlə danışmıram - Vuçiç

Dünya

1 İyun 2023, 16:24

Serbiya prezidenti Aleksandar Vuçiç ölkəsinə qarşı ittihamlardan qorxduğu üçün bir ildən çoxdur ki, Rusiya prezidenti Vladimir Putinlə danışmır.

 

Modern.az xəbər verir ki, o, bu barədə “La Stampa” qəzetinə müsahibəsində danışıb.

 

"Mən hesab etmirəm ki, kimsə ilə danışmaq düzgün deyil. Amma mən bunu etmirəm, çünki hamı barmağını serblərə göstərəcək. Bizə qadağan etmək istədiklərini özlərinə icazə verirlər", - Vuçiç bildirib.

 

O, bəzi Qərb liderlərinin Putinlə təmaslarını da şərh edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi