Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Moldovanın paytaxtı Kişineuda “Avropa siyasi birliyi” 2-ci zirvə toplantısı çərçivəsində Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb.
Modern.az xəbər verir ki, bu barədə Mişel tviter hesabında yazıb.
O görüşü Avropa üçün güçlü həmrəylik kimi qiymətləndirib: “Təhlükəsizlik və beynəlxalq hüquqa hörmət üçün birgə səylərimizi davam etdirəcəyik”.