Modern.az

Kiyevin qələbəsi bizim üçün prioritetdir - Stoltenberq

Kiyevin qələbəsi bizim üçün prioritetdir - Stoltenberq

1 İyun 2023, 17:04

"NATO hələ ki Ukrayna üçün təhlükəsizlik təminatları ilə bağlı qərarlar qəbul etməyib".

 

Modern.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq bildirib.

 

O qeyd edib ki, Kiyevin münaqişədə qələbəsini prioritet hesab edir.

 

ABŞ dövlət katibi Antoni Blinken isə bildirib ki, Vaşinqton və müttəfiqləri NATO-nun Vilnüs sammitinə qədər Ukraynaya “möhkəm siyasi və maddi yardım paketi” vermək niyyətindədirlər.

 

Xatırladaq ki, Ukrayna NATO-nun iyulda Vilnüsdə keçiriləcək sammitindən Alyansa qoşulmaq üçün yol xəritəsi və ya təhlükəsizlik təminatının verilməsi planını gözləyir.

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir