Modern.az

“Anadolu” agentliyi İmamoğlunu məhkəməyə verdi

“Anadolu” agentliyi İmamoğlunu məhkəməyə verdi

1 İyun 2023, 17:28

Türkiyənin "Anadolu" agentliyi İstanbul bələdiyyəsinin CHP-dən olan sədri Ekrem İmamoğlunu məhkəməyə verib.

 

Modern.az xəbər verir ki, bu barədə "Anadolu"nun rəsmi nümayəndəsinin açıqlamasında bildirilib.

 

Qeyd olunub ki, agentlik İmamoğluya təzminat iddiası qaldırıb. Belə ki, "Anadolu" agentliyi bələdiyyə sədrinin seçki nəticələri ilə bağlı işlətdiyi "Onlara inanmayın, aldanmayın. Onlar yalançıdırlar" ifadələrindən narazı qalıb.

 

Bildirilib ki, mətbuat orqanı təzminat olaraq İstanbul merindən 100 min türk lirəsi almaq niyyətindədir.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir