Modern.az

Ərdoğan iyunun 3-də and içəcək - RƏSMİ

Ərdoğan iyunun 3-də and içəcək - RƏSMİ

2 İyun 2023, 00:31

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 3-də parlamentdə and içəcək.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Adminstrasiyasının Kommunikasiya idarəsinin rəisi Fəxrəddin Altun bildirib.

 

Onun sözlərinə görə, Ərdoğan həmin gün ölkənin yeni hökumətinin tərkibini də açıqlayacaq.

 

Xatırladaq ki, Türkiyə Ali Seçki Komissiyasının seçkilərin nəticəsi ilə bağlı açıqlanan yekun rəsmi məlumatına əsasən, Ərdoğan 52.18, Kılıçdaroğlu isə 47.82 faiz səs alıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir