Modern.az

Priqojinlə Kadırovçular arasında mübahisə - Davaya çağırdılar

Priqojinlə Kadırovçular arasında mübahisə - Davaya çağırdılar

2 İyun 2023, 01:14

Çeçenistan rəhbəri Ramzan Kadırovun tərəfdaşları sosial şəbəkələrdə "Vaqner" muzdlularının sahibi Yevgeni Priqojinə cavab veriblər.

 

Modern.az xəbər verir ki, Kadırovun yaxın ətrafı Priqojinin Ukraynada döyüşən "Axmat" çeçen batalyonu ilə bağlı son sözlərindən sonra videomüraciət yayıblar.

 

Priqojin çeçen bölmələrinin yerdəyişməsi ilə bağlı deyib ki, o, "Axmat"ın Ukraynada nə etdiyini başa düşmür.

 

Dövlət Dumasının deputatı Adam Delimxanov, Çeçenistan parlamentinin sədri Maqomed Davudov və "Axmat" xüsusi təyinatlılarının komandiri Apti Alaudinov Priqojinə kifayət qədər sərt cavab veriblər. Davudov və Delimxanov deyib ki, Priqojinin çeçen batalyonunun hərbi tapşırıqlarından xəbəri olmamalıdır.

 

“Unutma, Jenya, onun sayəsində sənin şəxsi hərbi şirkətin, təyyarələrin, vertolyotların və s. var”, – Davudov videomüraciətində bildirib.

 

Priqojini bloger adlandıran Delimxanov isə "Vaqner"in problemlərindən danışıb.

 

"Danışmağı, qışqırmağı dayandır. Harada, nə, nə vaxt görüşəcəyimiz yeri denən. Və Ramzan Axmatoviçin dediyi kimi, səninlə istənilən məsələni üz-üzə həll edəcəyik. Artıq bəsdir", - Delimxanov bildirib.

 

Kadırovun hər iki yaxın tərəfdaşı Priqojinin dediklərini müzakirə etmək üçün “görüş” təklif ediblər.

 

Priqojin onların açıqlamalarını şərh edib və "Axmat" bölmələri ilə bağlı açıqlamasında qınanmalı olan bir şey görmədiyini deyib. Bundan əlavə, Priqojinlə əlaqəli "Telegram" kanalları çeçen döyüşçülərinin hərəkətlərini tənqid edən yazılar dərc etməyə başlayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu