İsrailin Baş naziri Benyamin Netanyahu İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün lazım olan hər şeyi edəcəyinə söz verib.
Modern.az xəbər verir ki, bu barədə Netanyahu "Twitter" hesabında yayımladığı videomüraciətdə bildirib.
“Mənim İrana və beynəlxalq ictimaiyyətə açıq mesajım var. İsrail İranda nüvə silahının yaranmasının qarşısını almaq üçün lazım olan hər şeyi edəcək”, - deyə İsrailin Baş naziri vurğulayıb.
Xatırladaq ki, İran ötən həftə yeni raketini nümayiş etdirib və onun İsraili hədəf ala biləcəyini iddia edib. Raketin uçuş məsafəsi 2 min kilometrdir. Buna cavab olaraq İsrail xəbərdarlıq edib ki, İranın istənilən hərbi obyekti İsrail silahları tərəfindən vurula bilər.