Modern.az

Almanların əksəriyyəti Ukraynaya qırıcı verilməsini istəmir

Almanların əksəriyyəti Ukraynaya qırıcı verilməsini istəmir

2 İyun 2023, 09:38

Almanların demək olar ki, üçdə ikisi Berlinin Ukraynaya döyüş təyyarələri verməsinin əleyhinədir.

 

Modern.az xəbər verir ki, bunu "ARD Deutschlandtrend"in sorğusunun nəticələri əks etdirir. 

 

Ümumilikdə respondentlərin 64%-i Kiyevə Rusiya təcavüzünə qarşı mübarizədə kömək üçün döyüş təyyarələrinin göndərilməsinin əleyhinə çıxıb, 28%-i isə bu fikri dəstəkləyib.

 

Sorğuda iştirak edənlərin 43%-i Ukraynanın hazırkı hərbi dəstəyini adekvat qiymətləndirib. Üçdə birindən çoxu (37%) isə “həddindən artıq irəli getdiyini” hesab edir, almanların daha 14%-i Almaniyanın verdiyi hərbi dəstəyi qeyri-kafi qiymətləndirir. 

 

Qeyd edək ki, respondentlərin 42%-i Rusiyaya qarşı sanksiyaların kifayət qədər əhatəli olmadığını düşünür. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu