Modern.az

Anklav məsələsi kommunikasiya problemini kəskinləşdirəcək - Deputat

Anklav məsələsi kommunikasiya problemini kəskinləşdirəcək - Deputat

2 İyun 2023, 15:28

"Anklavlar məsələsi kommunikasiya problemini kəskinləşdirəcək, alternativ yollar çözüm olmayacaq".

 

Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin “Hayastan” müxalifət fraksiyasından olan deputat Artur Xaçatryan deyib.

 

O, baş nazir Nikol Paşinyanın həlledilməz problemlərin olmaması ilə bağlı yanaşmasını tənqid edib.

 

"Tiqranaşen (Sədərəyin anklav Kərki kəndi nəzərdə tutulur - red.) alternativində baş nazir böyük ehtimalla Urtsadzor (Çimənkənd nəzərdə tutulur - red.) yolunu nəzərdə tuturdu. Amma bu yol yük maşınları üçün yararsızdır. Gorus-Qafan dolama yolunda olduğu kimi eyni problem yaranacaq", - deputat bildirib.

 

"Başa düşmürəm ki, niyə Ermənistan üçün daha sərfəli olan ötən əsrin 20-ci illərinin deyil, 1975-ci ilin xəritələri ilə işləmək qərara alınıb", - Xaçatryan əlavə edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail cavab verəcəyini ELAN ETDİ - İranda qorxu var...