Modern.az

Paşinyan dövlətə xəyanət işində DİNDİRİLİB

Paşinyan dövlətə xəyanət işində DİNDİRİLİB

2 İyun 2023, 16:42

Ermənistanın Baş naziri Nikol Paşinyan İstintaq Komitəsində dindirilib. 


Modern.az xəbər verir ki, bu barədə Ermənistan Respublikası İstintaq Komitəsinin sədri Argişti Kyaramyan Milli Assambleyada (parlament) müxalifətçi deputat Artsvik Minasyanın suallarını cavablandırarkən deyib.

 

Onun sözlərinə görə, Paşinyan dövlətə xəyanət işi üzrə şahid qismində sorğu-sual edilib.


"Baş nazir dövlətə xəyanət maddəsi ilə başlanılan cinayət işi çərçivəsində şahid qismində dindirilib. Bəli, baş nazir şahid qismində dindirilib",- deyə Komitə sədri bildirib.

 

Lakin cinayət işinin konkret detalları açıqlanmayıb.

Bu xəbər ilə bağlı
Gəlin, məni dindirin - Paşinyandan çağırış
Xəbəri oxu
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?