Modern.az

Sallivan İsrail rəsmiləri ilə danışıqlar apardı

Sallivan İsrail rəsmiləri ilə danışıqlar apardı

Dünya

2 İyun 2023, 17:18

ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan qarşılıqlı maraq doğuran geniş spektrli qlobal və regional məsələləri müzakirə etmək üçün dünən Ağ Evdə İsrail Milli Təhlükəsizlik Şurasının rəhbəri Tzaçi Haneqbi və İsrailin Strateji Məsələlər üzrə katibi Ron Dermeri qəbul edib.
 
 

Modern.az İsrail mətbuatına istinadən xəbər verir ki, ABŞ-İsrail Strateji Məsləhət Qrupunun mart görüşünə əsaslanaraq, həmsöhbətlər İranın nüvə silahına sahib olmasının qarşısını almaq üçün koordinasiyanın gücləndirilməsi, eləcə də onun təhdidlərinə qarşı mübarizə yolları ilə bağlı müzakirələri davam etdiriblər.

 

Sallivan təsdiq edib ki, ABŞ administrasiyası İsrailin təhlükəsizliyini və bütün Yaxın Şərqdə iqtisadi inteqrasiyasını gücləndirməyə sadiqdir. O, həmçinin daha dinc, firavan və inteqrasiya olunmuş regiona nail olmaq üçün zəruri hesab etdiyi fələstinlilərin həyatını yaxşılaşdırmaq üçün əlavə addımların atılmasının vacibliyini vurğulayıb.

 

Sallivanın sözlərinə görə, həm ABŞ, həm də İsrail Rusiya və İran arasında hərbi təmasların dərinləşməsindən eyni dərəcədə narahatdırlar və Ukraynanın öz ərazilərini və vətəndaşlarını İranın PUA-larından qorumasında dəstəklənməsini vacib hesab edirlər.

Twitter
Sizə yeni tvit var
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar