Modern.az

Müharibə bitməsə, NATO-ya üzv ola bilməyəcəyik - Zelenski

Müharibə bitməsə, NATO-ya üzv ola bilməyəcəyik - Zelenski

Dünya

2 İyun 2023, 22:43

Müharibə bitməsə, Ukrayna NATO-ya üzv ola bilməyəcək.

 

Modern.az xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski deyib.

 

"Biz adekvat insanlarıq və başa düşürük ki, heç bir NATO ölkəsini müharibəyə sürükləməyəcəyik. Ona görə də başa düşürük ki, bu müharibə davam edərkən biz NATO üzvü olmayacağıq. İstəmədiyimizə görə yox, ona görə ki, mümkün deyil”, - o, Estoniya prezidenti Alar Karis ilə birgə brifinq zamanı bildirib.

 

Zelenski bundan əvvəl deyib ki, Kiyevin NATO-ya qəbulundan əvvəl Avropa liderlərinin ifadə edəcəyi şübhələr Rusiyanı daha çox hücum etməyə sövq edəcək.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür