Modern.az

Bəzi NATO ölkələri Rusiyadan qorxur - Zelenski

Bəzi NATO ölkələri Rusiyadan qorxur - Zelenski

3 İyun 2023, 14:47

Ukraynanın gələcəkdə NATO-ya üzvlüyü ilə bağlı hər hansı siqnal olmasa, ölkənin iyulda Vilnüs şəhərində keçiriləcək sammitdə iştirak etməsi məqsədəuyğun deyil.

 

Modern.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski “The Wall Street Journal”a müsahibəsində bildirib.

 

"Əgər bizi NATO-da görmürlərsə və Vilnüsdə bizə hansısa siqnal vermirlərsə, Ukraynanın bu sammitlə heç bir əlaqəsi yoxdur”, - Zelenski deyib.

 

O qeyd edib, bəzi NATO ölkələri Rusiyadan çəkinir.

 

"Mən inanıram ki, bəzi NATO ölkələri Rusiyadan o qədər qorxurlar ki, Ukraynanı Alyansda görməyə hazır deyillər", - Zelenski vurğulayıb.

 

Qeyd edək ki, gələn ay Litvanın Vilnüs şəhərində NATO liderlərinin sammiti keçiriləcək.

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?