Modern.az

Le Penin partiyası Rusiya ilə əlaqədə günahlandırılır

Le Penin partiyası Rusiya ilə əlaqədə günahlandırılır

3 İyun 2023, 16:40

Son prezident seçkilərində Emmanuel Makronun rəqibi olan Marin Le Penin partiyası Fransa parlamentində Rusiya Federasiyası ilə “xüsusi əlaqələr” yaratmaqda ittiham edilib.

 

Modern.az xəbər verir ki, bu barədə "Euroactive" qəzeti fransız mənbələrinə istinadən yazır.

 

Qəzet qeyd edir ki, partiyanın Fransanın siyasi, iqtisadi və maliyyə həyatına xarici təsirlərin araşdırılması ötən ilin sentyabrında başlayıb.

 

Məlumatda qeyd edilir ki, partiyanın mövqeyi “rus ritorikasına tam uyğundur”. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır