Modern.az

Taekvondoçularımız 1/4 finalda məğlub oldular

Taekvondoçularımız 1/4 finalda məğlub oldular

Dünya

3 İyun 2023, 16:21

Azərbaycan taekvondoçusu Eltac Qafarov Bakıda keçirilən dünya çempionatında medal qazana bilməyib.

 

Modern.az-ın məlumatına görə, 74 kq çəki dərəcəsində çıxış edən idmançı 1/4 final mərhələsində Marko Qolubiçə uduzub.

 

Qafarov daha əvvəl Vasilliy Peruniçiç (Monteneqro) və Sebastian Tuneni (Norveç) mübarizədən kənarlaşdırmışdı.

 

Qadınların yarışında 62 kq-dakı Fatimə Məcidova isə 1/16 final mərhələsində Kristina Kaspaya (İtaliya) məğlub olub.

 

Qeyd edək ki, dünya çempionatı iyunun 4-də başa çatacaq. Daha əvvəl Azərbaycanın 9 təmsilçisi medalsız qalıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir