Modern.az

Ərdoğanın kabinetində yeganə qadın nazir

Ərdoğanın kabinetində yeganə qadın nazir

Dünya

4 İyun 2023, 00:41

Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin yeni tərkibini açıqlayıb.

 

Modern.az xəbər verir ki, yeni kabinetdə yeganə qadın nazir ailə və sosial xidmətlər naziri Mahinur Özdemir Göktaşdır.

 

1982-ci ildə Brüsseldə anadan olan Göktaş "Libre de Bruxelles" universitetinin iqtisadi, siyasi və sosial elmlər fakültəsində bakalavr və magistr təhsili alıb. O, 2009-cu ildə Avropanın ilk hicablı millət vəkili olaraq Brüssel parlamentinə seçilib.

 

Göktaş 2019-cu ilə qədər Brüssel parlamentinin Sosial Xidmətlər Komitəsinin sədr müavini və Qadın və Kişilər üçün Bərabər İmkanlar Komissiyasının sədr müavini vəzifələrində çalışıb.

 

Ayrı-seçkilik və islamofobiya ilə mübarizədə fəal rol alan Göktaş 1915-ci il hadisələri ilə bağlı erməni iddialarını qəbul etmədiyi üçün 2015-ci ildə partiyasından xaric edilib və müstəqil deputat kimi vəzifəsini davam etdirib.

 

Göktaş 2019-cu ildə Belçikadakı fəaliyyətinə görə Kral Leopold Dövlət Ordeni ilə təltif edilib. O, 2020-ci ildə Türkiyənin Əlcəzairdəki səfiri təyin edilib.

 

Fransız, ingilis və holland dillərini bilir. Evlidir və iki övladı var.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir