Modern.az

İlon Maskın şirkəti orbitə 22 peyk buraxdı 

İlon Maskın şirkəti orbitə 22 peyk buraxdı 

4 İyun 2023, 21:26

Amerikalı milyarder İlon Maska məxsus “Space X” şirkəti bazar günü "Starlink" şəbəkəsinin daha 22 yeni nəsil peykini orbitə buraxıb.

 

Modern.az xəbər verir ki, bu barədə şirkətin mətbuat xidmətindən məlumat verilib.

 

Peykləri “Falcon 9” raket daşıyıcı aparatı orbitə çıxarıb.

 

Peyklərin buraxılışı Florida ştatının Kanaveral burnunda yerləşən buraxılış meydançasından Şərqi Sahil vaxtı ilə səhər saat 8:20-də həyata keçirilib.

 

Bildirilib ki, orbitə çıxarılan bütün ikinci nəsil mikropeyklər daha böyük tezlik diapazonunda işləyir və daha yüksək internet sürətini təmin edir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir