Modern.az

Ermənistanda benzinin qiyməti ilə bağlı QALMAQAL

Ermənistanda benzinin qiyməti ilə bağlı QALMAQAL

5 İyun 2023, 09:34

"Ermənistanda benzinin qiymətini dünya bazarındakı dalğalanmalara bağlamaq düzgün deyil".

 

Modern.az xəbər verir ki, bu barədə "Sputnik Armenia"ya Ermənistanın Auditorlar Palatasının sədri, iqtisadçı ekspert Nairi Sarkisyan yanacağın qiymətinin ucuzlaşması ilə bağlı danışarkən deyib.

 

"İqtisadi Rəqabətin Müdafiəsi Komissiyası "dempinq kimə qarşı yönəldilə bilər?" sualına cavab verməlidir. Ola bilər ki, bazara daxil olan həm keçmiş, həm də indiki subyektlər belə bir addım ata bilər. Hər iki ssenari ehtimaldır", - o əlavə edib.

 

Qeyd olunub ki, Ermənistanın yanacaq bazarında yeni oyunçular peyda olub və əvvəllər2-3 subyekt rəqabət aparırdısa, indi şirkətlərin sayı artıb və onların sahibləri arasında hakim partiyadan olan deputat da var.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı