Modern.az

Düşmənlərə qarşı hərəkət etmək öhdəliyimiz var - Netanyahu

Düşmənlərə qarşı hərəkət etmək öhdəliyimiz var - Netanyahu

Dünya

5 İyun 2023, 09:54

"Bizə qarşı birləşən bütün düşmənlərə qarşı hərəkət etmək öhdəliyimiz var".

 

Modern.az İsrail mətbuatına istinadən xəbər verir ki, bunu hərbi-siyasi kabinetin baş naziri Benyamin Netanyahu bildirib.

 

Dünən gecə saatlarında yekunlaşan iclasda son hərbi təlim manevrləri müzakirə olunub.

 

Müzakirələrə yekun vuran Netanyahu əlavə edib: "Regionumuzda daim dəyişən reallığı nəzərə alaraq, dəyişikliklərə uyğun müxtəlif variantları hesablayaraq, biz öz hərbi doktrinamızı sürətlə korrektə etməliyik".

 

“Bizim İranın nüvə proqramına, İsrailə raket hücumlarına və s. qarşı hərəkət etmək öhdəliyimiz var. Biz əminik ki, istənilən təhlükə ilə təkbaşına mübarizə apara bilərik”, - İsrailin Baş naziri qeyd edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı