Modern.az

İranın Rusiyaya silah satdığına dair ŞOK SƏNƏDLƏR

İranın Rusiyaya silah satdığına dair ŞOK SƏNƏDLƏR

Dünya

5 İyun 2023, 11:40

İranın Rusiyaya silah satdığını sübut edən müqavilə ortaya çıxıb.

 

Modern.az xəbər verir ki, silah müqaviləsi adı açıqlanmayan təhlükəsizlik mənbəyi tərəfindən "Sky News" agentliyinə təqdim edilib.

 

Agentlik iddia edir ki, 14 sentyabr 2022-ci il tarixində imzalanan 16 səhifəlik sənəd dəyəri 1 milyon dollardan çox olan silah satışını ehtiva edir.

 

Müqavilə artilleriya və tank mərmiləri, eləcə də raket hissələrinin satışını əhatə edir. Mənbə sənədin 100% həqiqi olduğunu bildirib.

 

"Sky News" sənədləri may ayında Britaniyaya səfər edən Ukraynanın Baş naziri Denis Şmıqala və Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverliyə göstərdiyini bildirib.

 

1252162

1252163125216412521651252167

1252168

 

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır