Modern.az

Rusiya və Ermənistan arasında nüvə enerjisi əməkdaşlığı dərinləşdirilir

Rusiya və Ermənistan arasında nüvə enerjisi əməkdaşlığı dərinləşdirilir

5 İyun 2023, 11:50

"Rusiya texnologiyaları Ermənistanda yeni atom elektrik stansiyasını sıfırdan olmamaq şərtilə tikməyə imkan verəcək".

 

Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bunu "Rosatom"un mütəxəssisi İlya Vergizayev İrəvanda nüvə texnologiyalarının inkişafına dair konfransda bildirib.

 

"Ermənistan və Rusiya arasında stansiyaların tikintisi və istismarı üçün ümumi normativ baza mövcuddur ki, bu da mövcud stansiyadan yeni stansiyaya problemsiz keçidə imkan verəcək. Stansiyanın həm reaktoru, həm də digər aqreqatları son 30 ildə yenilənmiş sovet texnologiyaları əsasında tikilib", - mütəxəssis deyib.

 

"Bundan əlavə, “Rosatom” hələ də Ermənistan AES-in yerləşdiyi ərazinin xüsusiyyətləri haqqında sovet məlumatlarını saxlayıb. Həmçinin Ermənistanın nüvə sənayesi Rusiya Federasiyasının istehsal və tədqiqat mərkəzləri ilə əlaqələr saxlayır", - o əlavə edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir