"Ermənistan Afrika qitəsindəki diplomatik nümayəndəliklərinin coğrafiyasını genişləndirməyi planlaşdırır".
Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bunu Ermənistan XİN rəhbəri Ararat Mirzoyan 2022-ci il büdcəsinin icrasının müzakirəsi zamanı bildirib.
"2024-cü ilə qədər bunu çatdıraçağımıza əmin deyiləm. Bununla belə, artıq Misirdə - Qahirədə diplomatik nümayəndəliyimiz və Efiopiyada daimi nümayəndəliyimiz var", - o deyib.
"Keniya və Cənubi Afrika Respublikasında diplomatik nümayəndəlik açmağı planlaşdırırıq", - nazir əlavə edib.