Modern.az

Avropa Aya kosmonavt göndərmək niyyətindədir 

Avropa Aya kosmonavt göndərmək niyyətindədir 

Dünya

5 İyun 2023, 22:13

Avropa Kosmik Agentliyi Aya insan göndərməyi planlaşdırır.

 

Modern.az xəbər verir ki, bu barədə Agentliyn baş direktoru Cozef Aşbaçer "Financial Times" qəzetinə açıqlamasında bildirib.

 

O qeyd edib ki, Agentlik hazırda avropalı astronavtları Aya göndərə biləcək kosmik gəmi təkliflərini nəzərdən keçirir.

 

Agentliyin rəhbərinin sözlərinə görə, bu, yaxın onillikdə baş verə bilər. Aşbaçer hesab edir ki, qlobal kosmik yarışda ABŞ, Çin və Hindistanla ayaqlaşa bilmək üçün Avropanın Aya insanlı missiyanın hazırlanmasına ehtiyac var.

 

“İndi ABŞ, Çin və Hindistanda baş verənlər çox təsir edicidir. Avropadakı tamamilə müstəqil kosmik layihələri qiymətləndirsək, hər şeyin eyni səviyyədən uzaq olduğunu görə bilərik. Ona görə də mən burada çoxlu yeni imkanlar görürəm, baxmayaraq ki, bu imkanların bəziləri artıq əldən verilib”, - o vurğulayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi