Ukraynanın əks-hücum əməliyyatına başlamaq üçün kifayət qədər silahı var.
Modern.az xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bildirib.
“Ukraynanın əks hücuma keçmək üçün kifayət qədər silahı var. Bu əməliyyat Ukraynaya NATO-ya daxil olmaq üçün lazım olan qələbəni təmin edəcək”, - Kuleba deyib.
O, əks-hücumun vaxtı ilə bağlı "Reuters"in sualına cavab verməkdən imtina edib. Nazir qeyd edib ki, əsas məsələ “əks-hücumun nə vaxt başlaması” deyil, hücum "Ukraynanın qələbəsi ilə başa çatacaq”.