Ukraynanın cənubunda yerləşən "Kaxovka" su anbarının partladılmasından sonra Xerson vilayətinin yaşayış məntəqələrini su basıb.
Modern.az xəbər verir ki, bu barədə "Censor" kanalı məlumat yayıb.
Bildirilir ki, anbardan çıxan su Xerson ərazisindəki Ostriv rayonuna çatıb.
"Su ilə bərabər qunduzlar da küçələrə çıxıb. Səhər saatlarında baş vermiş partlayışa görə, Xerson vilayətində 16 minə yaxın insan Dnepr çayının sağ sahilində, daşqınların kritik zonasında qalıb",- deyə vilayət hərbi administrasiyasının rəhbəri Aleksandr Prokudin bildirib.
Qeyd edək ki, bu gün səhər saatlarında Ukrayna ordusu ölkənin cənubunda yerləşən "Kaxovka" su anbarının Rusiya qüvvələri tərəfindən partladıldığını açıqlayıb. Rusiya tərəfi hadisəyə görə Ukraynanı ittiham edib.