Modern.az

İranın yeni hipersəs raketi - “Fəttah” təqdim edildi

İranın yeni hipersəs raketi - “Fəttah” təqdim edildi

Dünya

6 İyun 2023, 10:58

İran ölkə daxilində istehsal edilən hipersəs sürətə malik ilk ballistik raketini təqdim edib.

 

Modern.az xəbər verir ki, bu barədə dövlətə məxsus "İrna" agentliyi məlumat yayıb.

 

Mərasimdə İran prezident İbrahim Rəhisi və İnqilab Keşikçiləri Korpusunun yüksək səviyyəli komandirləri iştirak edib. "Fəttah" adlı raketin 1400 kilometr mənzilə malik olduğu və düşmənin hər cür hava hücumundan müdafiə sistemini dəf edə biləcəyi iddia edilir.

 

Qeyd edək ki, hipersəs raket səs sürətindən ən azı beş dəfə çox sürətlə hərəkət edə bilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi