Ermənistan baş nazirinin müavini Mher Qriqoryan bu gün İrəvana gələn Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarla görüşüb.
Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, görüşdə Aİ-nin Ermənistandakı nümayəndəliyinin rəhbəri Andrea Viktorin də iştirak edib.
Həmsöhbətlər regional hadisələri, o cümlədən Arazdəyən-Culfa-Mehri-Horadiz marşrutu üzrə dəmir yolu əlaqəsinin bərpası və təşkili perspektivlərini, sərhədlərin delimitasiyası və təhlükəsizliyi üzrə komissiyanın gələcək işi ilə bağlı məsələləri müzakirə ediblər.