İsrail ordusuna məxsus hərbi bazadan döyüş sursatları oğurlanıb.
Modern.az yerli KİV-ə istinadən xəbər verir ki, hadisə ölkənin cənubunda yerləşən Qilim təlim bazasında baş verib.
İlkin araşdırmaya görə, hərbi hissənin sursat anbarlarından 20 mindən çox avtomat gülləsi itib. Hazırda hərbi və mülki polis hadisə yerində araşdırma aparır.
Qeyd edək ki, İsrail ordusu uzun illərdir bazalardan oğurluq hallarına qarşı mübarizə aparır. Müxtəlif vaxtlarda oğurluğa görə hərbçilər və cinayətkar dəstələr saxlanılıb.