Modern.az

Rusiyada 29 nəfərin ölümünə görə azərbaycanlı həbs olundu - YENİLƏNİB

Rusiyada 29 nəfərin ölümünə görə azərbaycanlı həbs olundu - YENİLƏNİB

7 İyun 2023, 08:38

Rusiyada “Mister sidr” alkoqollu içkisindən zəhərlənərək ölənlərin sayı 29 nəfərə çatıb.

 

Modern.az xəbər verir ki, içkinin istehsal olunduğu “Andi” ASC-nin təsisçisi Anar Hüseynov iki ay müddətinə həbs olunub.

 

Məhkəmə-tibbi ekspertiza içkinin tərkibində metanol olduğunu aşkarlayıb. Hazırda daha 61 nəfər eyni içkidən zəhərlənmə diaqnozu ilə müalicə olunur.

 

Zəhərlənmə halları Nijni Novqorod, Samara, Ulyanovsk, Udmurtiya və Penza vilayətlərində qeydə alınıb.

 

***

18:59

 

Rusiyada son bir gün ərzində saxta içkidən ölənlərin sayı 23 nəfərə çatıb.

 

Modern.az xəbər verir ki bu barədə "Kommersant" qəzeti yerli rəsmilərə istinadən məlumat yayıb.

 

Bildirilir ki, içkidən zəhərlənən 70 nəfər xəstəxanada müalicəsini davam etdirir.

 

Məlumata görə, içki Samara bölgəsində yerləşən şirkət tərəfindən istehsal olunub. Hadisə ilə əlaqədar araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi