Modern.az

Ukraynada SES-dəki partlayışdan sonra ölənlər var

Ukraynada SES-dəki partlayışdan sonra ölənlər var

Dünya

7 İyun 2023, 23:44

Ukraynanın cənubunda yerləşən Kaxovka su elektrik stansiyasının partlamasından sonra Xerson vilayətini su basması nəticəsində ölənlər var.

 

Modern.az xəbər verir ki, bu barədə Xerson vilayətinin Oleşek şəhərinin meri Yevgeniy Rişuk məlumat verib.

 

O bildirib ki, şəhərdə daşqın nəticəsində 3 nəfər həlak olub. Mer ölənlərin sayının artacağını istisna etməyib.

 

“Çox adam yataq xəstəsi idi, ayaqları yox idi, ayaqsız adam damın üstünə necə çıxa bilər?”,- Rişuk əlavə edib. Merin sözlərinə görə, Oleşek şəhərinin 90 faizi su altında qalıb, bəzi yerlərdə suyun səviyyəsi 3 metrə çatır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi