Modern.az

İsveç konkret addımlar atmalıdır – Hakan Fidan

İsveç konkret addımlar atmalıdır – Hakan Fidan

Dünya

8 İyun 2023, 00:40

Türkiyənin xarici işlər naziri Hakan Fidan isveçli həmkarı Tobias Billström ilə telefon danışığı aparıb.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

 

Billström Fidanı XİN başçısı təyin edilməsi münasibətilə təbrik edib. Fidan İsveçin NATO-ya üzvlüyü üçün konkret addımların atılmasının vacibliyini vurğulayıb.

 

Nazirlər yenidən əlaqə saxlamaq barədə razılığa gəliblər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi