Prokurorluq ABŞ-ın keçmiş prezidenti Donald Trampa qarşı cinayət işin açılmasına dair ona rəsmi məlumat göndərib.
Modern.az-ın xəbərinə görə, federal prokurorlar Trampa cinayət işi ilə bağlı araşdırmaların predmeti olması barədə yazılı bildiriş təqdim ediblər.
Trampa yazılı bildiriş barədə məlumatı "ABC" telekanalı təsdiqləyib. Qeyd edilib ki, məqsəd ABŞ-ın 45-ci prezidentini ona qarşı ittiham irəli sürmək imkanları ilə tanış etməkdir.