Modern.az

Fransada insanlara hücum - Yaralılar var

Fransada insanlara hücum - Yaralılar var

Dünya

8 İyun 2023, 13:46

Fransanın Ansi bölgəsində yerləşən parklardan birində yerli sakinlərə bıçaqla hücum edilib.

 

Modern.az xəbər verir ki, bu barədə Fransanın daxili işlər naziri Gerald Darmanin ictimaiyyətə məlumat verib.

 

"Hadisə zamanı aralarında uşaqların da olduğu xeyli sayda insan yaralanıb. Hücumu həyata keçirən şəxs polis tərəfindən saxlanılıb", - nazir deyib.

 

Məlumata görə, bıçaqlı hücumda 6-sı uşaq olmaqla 7 nəfər yaralanıb. Onlardan üçünün vəziyyəti ağır qiymətləndirilir.

 

Hadisəni törədən şəxsin suriyalı qaçqın olduğu deyilir. Onun kimliyi və digər detallar hələlik açıqlanmayıb. 

 

Qeyd edək ki, hadisəyə görə Fransa Milli Assambleyasında bir dəqiqəlik sükut elan edilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi