Modern.az

Yuxarı Lars sərhəd-keçid məntəqəsi genişləndiriləcək

Yuxarı Lars sərhəd-keçid məntəqəsi genişləndiriləcək

8 İyun 2023, 15:40

Gürcüstanla Rusiya arasındakı Yuxarı Lars sərhəd-keçid məntəqəsi genişləndiriləcək.

 

Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu barədə müvafiq memorandum Soçidə keçirilən Avrasiya Konqresi çərçivəsində imzalanıb.

 

Rusiya-Gürcüstan sərhədində sərhəd keçidinin genişləndirilməsi üçün texniki-iqtisadi əsaslandırmanın hazırlanması üçün qrant ayrılacaq.

 

Layihənin ümumi dəyəri 200 milyon ABŞ dolları həcmində qiymətləndirilir.

 

O cümlədən, investisiya layihəsinin maliyyə-iqtisadi modelinin variantlarının işlənib hazırlanması, zəruri maliyyələşmənin təmin edilməsi üzrə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI