ABŞ keçmiş SSRİ ölkələri arasında konstruktiv münasibətləri pozmaq məqsədi ilə postsovet məkanının bütün dövlətlərinə misli görünməmiş təzyiqlər edir.
Modern.az xəbər verir ki, bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev KTMT ölkələrinin təhlükəsizlik şuraları katiblərinin Belarus prezidenti Aleksandr Lukaşenko ilə görüşündə deyib.
"ABŞ-ın əsas məqsədi keçmiş SSRİ ölkələrinin konstruktiv münasibətlərini pozmaq, həmçinin MDB, Aİİ və KTMT çərçivəsində inteqrasiya proseslərinə mane olmaqdır. Buna görə də şantaj, hiylə və təhdid yolunu tuturlar. Bununla da maraqları ilə hesablaşmağı belə düşünmədikləri maksimum sayda dövlətləri öz dairələrinə cəlb etməyə çalışırlar", - deyə Rusiya rəsmisi ABŞ-ı ittiham edib.