Modern.az

Ukrayna son sutkada 945 hərbçisini itirib - Şoyqu

Ukrayna son sutkada 945 hərbçisini itirib - Şoyqu

Dünya

8 İyun 2023, 17:22

Ukrayna Silahlı Qüvvələrinin xüsusi təlim keçmiş ehtiyat qüvvələri Zaporojye istiqamətindəki mövqeləri yarma tapşırığını yerinə yetirə bilməyib.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya müdafiə naziri, ordu generalı Sergey Şoyqu bildirib.

 

“Bu gün saat 01:30-da Zaporojye istiqamətində düşmən 1500 nəfərə qədər canlı qüvvə və 150 ​​zirehli texnikadan ibarət 47-ci mexanikləşdirilmiş briqadanın qüvvələri ilə müdafiəmizi yarmağa cəhd edib. Kəşfiyyat qüvvələri düşməni vaxtında aşkar edib, artilleriya, aviasiya və tank əleyhinə silahlardan istifadə edərək qabaqlayıcı zərbələr endirib", - nazir deyib.

 

Onun sözlərinə görə, Ukrayna ordusunun dörd istiqamətdə qarşısı alınıb.

 

"Düşmənin 4 istiqamətdə də qarşısı alınıb. Qarşı tərəf xeyli itki verərək geri çəkilib. Son sutka ərzində düşmən 945 hərbçisini və 33 tankını itirib", - nazir vurğulayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü