Helikopter qəzaya uğradı - Ölənlər var

Helikopter qəzaya uğradı - Ölənlər var

Dünya

8 İyun 2023, 19:18

Tunis ordusuna məxsus hərbi helikopter ölkənin şimalında qəzaya uğrayıb.

 

Modern.az xəbər verir ki, bu barədə Tunis Müdafiə Nazirliyi məlumat yayıb.

 

Bildirilib ki, helikopter patrul missiyasını yerinə yetirərkən dənizə düşüb. Hadisə zamanı hava qurğusunda dörd ekipaj üzvü olub.

 

Sudan iki nəfərin cəsədi, həmçinin helikopterin qalıqları çıxarılıb. Digər şəxslərin axtarışları davam edir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ - Ordumuza təslim olmayan məşhur erməni polkovnik öldürüldü?