Modern.az

NATO-nun yeni Baş katibi kim olacaq? - Bayden açıqladı

NATO-nun yeni Baş katibi kim olacaq? - Bayden açıqladı

9 İyun 2023, 00:21

ABŞ Prezidenti Co Bayden Böyük Britaniyanın Baş naziri Rişi Sunakla keçirdiyi birgə mətbuat konfransında NATO-nun yeni Baş katibinin kim olmasından danışıb.

 

Modern.az xəbər verir ki, o, təşkilatın növbəti Baş katibinin namizədliyi ilə bağlı razılaşmanın tamamlanmadığını bildirib.

 

Bayden NATO-nun yeni rəhbərinin Britaniyanın müdafiə naziri Ben Uollesin olacağını istisna etməyib.

 

Qeyd edək ki, Rişi Sunak Uollesin Baş katib olmasını dəstəkləyir. Onun ABŞ-a səfərindən əvvəl mətbuat yazırdı ki, Sunak Baydenlə görüşdə Uollesin Baş katib təyin edilməsi üçün dəstək istəyəcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub