Modern.az

Suriyadan Türkiyəyə keçmək istəyən qadın terrorçu tutuldu

Suriyadan Türkiyəyə keçmək istəyən qadın terrorçu tutuldu

Dünya

9 İyun 2023, 11:30

Suriyadan Türkiyəyə keçmək istəyən terrorçu saxlanılıb.

 

Modern.az-ın "TRT-Haber"ə istinadən xəbərinə görə, Türkiyənin Milli Kəşfiyyat Təşkilatının keçirdiyi əməliyyat nəticəsində PKK-ın yüksək vəzifə tutan fərdlərindən olan Helin İşenme Suriyadan Türkiyə keçmək istəyərkən tutulub.

 

Helin İşenme 2016-cı ildə terrorçulara qoşulub və 2017-ci ildə silahlı terror təşkilatına üzv olmaq ittihamı ilə Diyarbəkir 5-ci Sülh Cəza Məhkəməsi tərəfindən barəsində həbs qərarı çıxarılıb.

 

Qeyd edək ki, bir müddətdir MİT tərəfindən PKK bir çox yüksək vəzifə tutan terrorçuları Suriya və İraqda keçirilən əməliyyatlar nəticəsində məhv edilib.

Sizə yeni x var
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi