Modern.az

Akşener Kıçıldaroğluna ŞƏRT QOYDU

Akşener Kıçıldaroğluna ŞƏRT QOYDU

Dünya

9 İyun 2023, 13:54

Türkiyənin İYİ Partiyası ölkənin ana müxalifəti olan Cümhuriyyət Xalq Partiyası (CHP) ilə əməkdaşlıq üçün şərtini açıqlayıb.

 

Modern.az xəbər verir ki, bu barədə İYİ Partiyasının sədr müavini Erhan Usta danışıb.

 

"Yerli seçkilərdə bəzi böyük şəhər bələdiyyələrinin İYİ Partiyaya buraxılması şərtilə CHP ilə əməkdaşlıq edilə bilər",- o deyib.

 

İYİ Partiyasının əvvəlki seçkilərdə böyük şəhər bələdiyyələrini tələb etmədiyini bildirən sədr müavini, “bu, sırf mövcud siyasi mühiti dəyişmək üçün edilən əməkdaşlıq idi”, - deyə qeyd edib. 

 

“Siyasi partiyalar bir araya gələndə ancaq bir tərəfin fədakarlıq etməsini gözləmək olmaz", - Erhan Usta CHP-yə səslənib.

 

Meral Akşenerin rəhbəri oldu partiyanın əməkdaşlıq təklifinə Kemal Kılıçdaroğlunun liderlik etdiyi CHP-nin necə reaksiya verəcəyi maraq doğurur. Onu da bildirək ki, Akşenerin Kılıçdaroğlunun müxalifətin prezidentliyə namizədi olmasına münasibəti birmənalı olmayıb.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi