Modern.az

9 saatlıq Moskva görüşü: Razılığa gəldik – Overçuk detalları açıqladı 

9 saatlıq Moskva görüşü: Razılığa gəldik – Overçuk detalları açıqladı 

9 İyun 2023, 14:30

"Yüklərin daşınmasında gömrük nəzarətinin necə həyata keçiriləcəyi ilə bağlı razılığa gəldik”.


Modern.az xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Aleksey Overçuk Azərbaycan, Rusiya və Ermənistan rəsmilərinin görüşündən danışarkən deyib.


O bildirib ki, Baş nazir müavinlərinin Moskvada keçirilən görüşü 9 saat çəkib və hazırlanan mətndə bir sıra uyğunsuzluqlar olsa da, ümumilikdə razılıq əldə olunub.


"Prinsial olaraq mətn yüksək səviyyədə hazırlanıb. İki-üç uyğunsuzluq var ki, onlar üçün əlavə müzakirəyə ehtiyac var. Əsas məqam dəmir yolunun keçəcəyi coğrafi hissədir. Biz bunu elan etdik. Həmçinin, gömrük nəzarətinin necə həyata keçiriləcəyi ilə bağlı razılığa gəldik”, - Overçuk bildirib.

 

Onun sözlərinə görə, bu, dəmir yolu, pasport, sərhəd, gömrük nəzarəti olan adi sərhəd olacaq: "Heç kim Ermənistanın suverenliyinə şübhə etmir. Bütün tərəflər mümkün qədər tez işə başlamaq istəyir".

 

Qeyd edək ki, iyunun 2-də Moskvada Azərbaycan, Rusiya və Ermənistan baş nazirlərinin müavinləri arasında növbəti görüş keçirilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır