Modern.az

Voronejdə komendant saatı elan edildi

Voronejdə komendant saatı elan edildi

9 İyun 2023, 15:04

Rusiyanın PUA hücumuna məruz qalan Voronej vilayətində komendant saatı elan edilib.

 

Modern.az xəbər verir ki, bu barədə Voronej vilayətinin qubernatoru Aleksandr Qusev Telegram səhifəsində paylaşım edib.

 

"Mən Voronej meriyasına regional miqyaslı fövqəladə vəziyyət rejimi tətbiq etməyi tapşırmışam. Bu, hündürmərtəbəli yaşayış binasına və məhəllədəki fərdi evə dəyən ziyanı tez bir zamanda aradan qaldırmağa imkan verəcək. Şəxsi evin damına ziyan dəyib",- qubernator yazıb.

 

Qeyd edək ki, bu gün Rusiyanın Voronej vilayətində PUA hücumu olub. Məlumata görə, hadisə nəticəsində iki nəfər yaralanıb. Hücumun detalları hələlik məlum deyil. 

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi