Modern.az

Paşinyanın müavini Moskva görüşündən DANIŞDI

Paşinyanın müavini Moskva görüşündən DANIŞDI

Dünya

9 İyun 2023, 16:00

Ermənistan baş nazirinin müavini Mher Qriqoryan Moskvada üçtərəfli görüşün yekunlarına dair açıqlama verib.

 

Modern.az xəbər verir ki, o, "Sputnik Armenia"nın müxbirinə bu barədə danışıb.

 

"Beynəlxalq gömrük operatorlarının istifadəsi müzakirə olunmayıb. Müzakirələr davam edərkən, onların təfərrüatlarını açıqlamaq düzgün olmazdı. Amma bütün suallar gömrük və sərhəd nəzarəti prosesinin təşkili ilə bağlıdır. Üçtərəfli işçi qrupun yeni görüşü ilə bağlı razılaşma yoxdur, lakin onun yaxın vaxtlarda baş tutması mümkündür", - o deyib.

 

Kommunikasiyaların açılması ilə bağlı razılaşmanın harada - Rusiya Federasiyasında və ya Qərbdə əldə olunmasının vacib olub-olmaması sualına cavabında isə Qriqoryan qeyd edib ki, yalnız razılaşmanın məzmunu önəmlidir: "Mümkün risklərə gəlincə, Ermənistan öz “qırmızı xətlərini” dəfələrlə bəyan edib".

 

Qriqoryan 9 noyabr 2020-ci il tarixli üçtərəfli sazişin Rusiya FTX tərəfindən Azərbaycan və Naxçıvan arasında nəqliyyat əlaqələri üzərində sərhəd nəzarəti haqqında bəndinə də münasibət bildirib: "Bu, hələlik üçtərəfli gündəmdə deyil, Ermənistan və Rusiyanın ikitərəfli məsələsidir".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır